Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 13 dəfə pozulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB