Yeni Azərbaycan Partiyasının ailə, qadın məsələləri komissiyasının iclası keçirilib

Yeni Azərbaycan Partiyasının ailə, qadın məsələləri komissiyasının iclası keçirilib

Fevralın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) ailə, qadın məsələləri komissiyasının iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən SİA-ya bildiriblər ki, iclasda çıxış edən komissiyanın sədri, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva 2014-cü il üçün fəaliyyət planında nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib. Bu tədbirlər sırasına "Qadınların əmək hüquqları" mövzusunda dəyirmi masa, "Yaşlı nəslin təcrübəsindən faydalanaq", "Kənd və rayon yerlərində qadınların ictimai-siyasi fəallığının artırılması" və "Sosial şəbəkələr və milli mənəvi dəyərlərimiz" mövzularında konfransların keçirilməsi daxildir.

Müzakirələr zamanı komissiyanın üzvləri fəaliyyət planı ilə bağlı fikir və təkliflərini bildiriblər.

İclasda YAP-ın ailə, qadın məsələləri komissiyasının 2014-cü il üçün fəaliyyət planı təsdiq olunub.

Qeyd edək ki, komissiyaya YAP Siyasi Şurasının üzvləri - Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, komitənin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının bölmə müdiri Qafar Əliyev daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə