Rasim Musabəyov: “Ceyms Uorlikinin hələ də aparılan danışıqlardan kifayət qədər məlumatı yoxdur”
"Cənab Ceyms Uorlikinin bəyanatı onu göstərir ki, o hələ də münaqişənin nə mahiyyətindən, nə tarixindən, nə də aparılan danışıqlardan kifayət qədər məlumatlıdır". Bu haqda SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin "twitter" səhifəsində "Qarabağ danışıqlar masasına çoxdan oturmalıdır" kimi sözlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ceyms Uorlikin yanaşması çox səhvdir: "Azərbaycan belə bir fikri qəti qəbul edə bilməz və bu, olduqca səfv mövqedir".
Qeyd edək ki, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın mövqeyinə yaxın olan fikirlərini öz twitter səhifəsində yayıb və bildirib ki, separatçılar Qarabağ probleminin həllində iştirak etməlidirlər.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB