Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyaya səfər edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər Serbiya Respublikasının müdafiə naziri cənab Neboyşa Rodiçin dəvətilə 17-18 fevral 2014-cü il tarixlərində olacaq.
Səfər çərçivəsində Serbiya Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB