Xəzər Teyyublu: “Mən Fuad Qəhrəmanlı ilə razı deyiləm”

Xəzər Teyyublu: “Mən Fuad Qəhrəmanlı ilə razı deyiləm”

"Mən Fuad bəydən fərqli düşünürəm və onunla razı deyiləm. Demək olmaz ki, real müxalif qüvvələr təkcə Milli Şurada birləşib". Bu fikirləri SİA-ya açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası (KAXCP) sədrinin müavini Xəzər Teyyublu AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Real müxalif qüvvələr yalnız Milli Şurada təmsil olunur" fikrinə münasibətini bildirərkən söyləyib.

Xəzər Teyyublu eyni zamanda qeyd edib ki, Fuad Qəhrəmanlının bu cür fikirləri nədən söylədiyini anlaya bilmir: "Düzü, mən deyə bilmərəm Fuad bəy niyə və kimə ünvanlayaraq bu cür fikirlər işlədir. Lakin mən, heç də onun bu fikirləri ilə razı deyiləm".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə