"Fuad Qəhrəmanlı kimdir ki, onun hansısa fikrinə münasibət bildirəm. Onu və dediklərini ümumiyyətlə, ciddi qəbul etmirəm". Bu fikirləri SİA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Real müxalif qüvvələr yalnız Milli Şurada təmsil olunur" fikrinə münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, İqbal Ağazadə Fuad Qəhrəmanlı ilə bağlı ona ünvanladığımız bütün suallara əsəbi şəkildə cavab verərək, AXCP sədrinin müavinin adını belə eşitmək istəmədiyini bildirdi. İqbal Ağazadə Fuad Qəhrəmanlının yatıb yuxuda gördüklərini səhəri gün mətbuata açıqlamasını ciddi hal olmadığını bildirib və qeyd edib ki, cəbhə sədrinin müavini ağlına gələni danışır: "Fuad yatıb yuxuda nə görürsə, elə onu da danışır. Xahiş edirəm, bundan sonra Fuad Qəhrəmanlı ilə bağlı mənə suallar ünvanlamayın".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB