Fərid Şahbazlı: “Bu, Xədicə İsmayılın köhnə şakəridir”

Fərid Şahbazlı: “Bu, Xədicə İsmayılın köhnə şakəridir”

"Azərbaycan hakimiyyəti prosesləri idarə etmək bacarığına malik olduqca güclü siyasi qüvvədir". Bu fikirləri SİA-ya açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, hakimiyyətin hətta özləri maraqlı olsa belə hansısa müxalifət və ya QHT təmsilçiləri ilə gizli danışıqlara getməsinə ehtiyacı yoxdur: "Xədicə İsmayıl açıqladığı şər-böhtan xarakterli bu siyahı isə özünü sığortalamaq cəhdindən başqa bir şey deyil. Çünki artıq bir zamanlar onu ciddi cəhdlə müdafiə edən bir sıra müxalifət təmsilçiləri də Xədicə İsmayılın hansı məqsədlərə xidmət etdiyini yaxşı görür və ifadə edirlər. Bu mənada, Xədicə İsmayılın ayrı-ayrı müxalifət nümayəndələrini iqtidarla gizli əməkdaşlıqda ittiham etməsi hər nə qədər uğursuz cəhd olsa da, bir o qədər də başadüşüləndir. Çünki şər-böhtan kampaniyası aparmaq onun çoxdankı şakəridir".

Qeyd edək ki, jurnalist araşdırmaçı Eynulla Fətullayev "Azadlıq" radiostansiyasının əməkdaşlı Xədicə İsmayılın ABŞ Senatına və məxfi qurumlarına Azərbaycan müxalifətində və hüquq müdafiə təşkilatlarında, eləcə də media qurumlarında çalışan şəxslərin adları olan siyahı təqdim edib, eyni zamanda onların hakimiyyətlə iş birliyində olmalarını bildirib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə