A.Gül həmkarları ilə telefon əlaqəsi saxladı

A.Gül həmkarları ilə telefon əlaqəsi saxladı

Türkiyə Prezidenti Abdullah Gül Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Fələstin dövlətinin rəhbəri Mahmud Abbasla telefonla danışıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, A. Gül Türkmənistan prezidenti Berdiməhəmmədova zəng edib.

Telefon söhbətində iki ölkə arasında hər sahədə mükəmməl səviyyədə davam edən əlaqələr haqqında fikir mübadiləsi aparılıb və türk dünyasını maraqlandıran bəzi mövzular müzakirə edilib.

A. Gül ona zəng edən Fələstin dövlət rəhbəri ilə keçirdiyi görüşdə isə Fələstinlə İsrail arasında bir müddətdir davam edən müzakirələr haqqında məlumat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə