Sahib Alıyev: “Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükələrə yol aça bilər”
"Böyük Britaniyanın Lordlar palatasında belə bir iddia olmayıb, bu yanlışdır". Bu haqda SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev Böyük Britaniyanın Lordlar palatasının Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə bağlı iddiasına münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, Böyük Britaniyanın Lordlar palatası Azərbaycan və Ermənistan təmas xəttində atəş rejiminin pozulması ilə bağlı müzakirələr olub: "Böyük Britaniya Parlamenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə kimi qiymətləndirmək düzgün deyil və münaqişənin həlli Azərbaycanın maraqlarına cavab verir. Bir çoxları Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə kimi təqdim edirlər. Lakin Azərbaycan diplomatiyası bu münaqişənin dondurulmuş münaqişə olmadığını beynəlxalq aləmə çatdırmaq məqsədi ilə böyük səy göstərir. Dağlıq Qarabağ münaqişəsi isə əslində bütövlükdə region üçün böyük təhlükələrə yol aça bilər. Lordlar palatasında da bu müzakirə olunub".
Millət vəkili münaqişənin nə üçün indi müzakirə obyektinə çevrilməsinə də aydınlıq gətirib: "Son zamanlar cəbhə xəttində atəşkəsin intensiv pozulmasından dolayı Dağlıq Qarabağ problemi müzakirə obyektinə çevrilib".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB