Musa Qasımlı: “Gürcüstan Azərbaycan üçün Avropaya açılan qapıdır” AÇIQLAMA

Musa Qasımlı: “Gürcüstan Azərbaycan üçün Avropaya açılan qapıdır” AÇIQLAMA

"Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərə yeni səhifə açır". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Azərbaycan-Gürcüstan münasibətlərindən danışarkən deyib.

"Bu, ilk növbədə Gürcüstan dövlət başçısının ölkəmizə ilk səfəridir. İki dövlət arasındakı müansibətlərdə müzakirə ediləcək çoxlu məsələlər var. Bizi bu dövlətlə enerji, nəqliyyat və digər layihələr birləşdirir. Gürcüstan dövlətinin müstəqilliyi, Azərbaycanın müstəqilliyi qədər bizə əzizdir.Gürcüstan Azərbaycan üçün Avropaya açılan qapı, ölkəmiz isə Gürcüstan üçün Asiyaya açılan etibarlı bir qapıdır. Bu baxımdan hesb edirəm ki, həmin ölkə liderinin Azərbaycana səfəri çox əhəmiyyətlidir" – deyə, M.Qasımlı sözlərinə əlavə edib.

Qeyd edək ki, ötən gün Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində G. Marqverlaşvili Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə