"Azadlıq” saytı süni ajiotaj yaratmağa cəhd edib

"Azadlıq” saytı süni ajiotaj yaratmağa cəhd edib

Bəlli olduğu kimi, bu gün səhər saatlarında Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasının yaxınlığında partlayış hadisəsi baş verib. SİA-nın məlumatına görə, partlayış "Şahənşah" restoranının qarşısındakı yeni tikilidə olub.

Lakin sözügedən məlumat "Azadlıq" saytı tərəfindən təhrif olunub və hadisənin ilk dəqiqələrində guya partlayışın "Azadlıq prosepekti" metro stansiyasında baş verdiyi bildirilib.

"Azadlıq" hadisənin ilk dəqiqələrində məlumatı bu cür yayıb: "Bu gün Bakı metropolitenində partlayış hadisəsi baş verib. "Azadliq"a daxil olan məlumata görə, hadisə "Azadlıq Prospekti" stansiyasında baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi, zərərçəkənlərin olub-olmadığı məlum deyil. Məlumata görə, partlayış o qədər güclü olub ki, metro stansiyasının üstündən qopan plitələr ətraf binaların şüşələrini sındırıb. Hazırda metro stansiyasına heç kim buraxılmır. Hadisə yerinə xeyli sayda təcili yardım maşını gedib".

Qeyd edək ki, hadisə heç də metro stansiyasında baş verməyib və "Azadlıq" saytı sonradan hadisənin metrostansiyası yaxınlığında baş verdiyini qeyd etməklə bir neçə dəqiqə öncəki informasiyasını təkzib edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə