Elçin Behbudov: “Xədicə İsmayıla ar olsun” EKSKLUZİV

Elçin Behbudov: “Xədicə İsmayıla ar olsun” EKSKLUZİV

"Xədicə İsmayıl konkret iki nazirliyin adını çəkərək deyib ki, Elçin Behbudov həmin qurumlarla əməkdaşlıq edir. Bəli, Xədicənin mənim barəmdə dedikləri ilə razıyam. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edir. Əlbəttə ki, adları çəkilən nazirliklərlə əməkdaşlıq etməsək, biz onların saxlanma yerində monitorinqlər keçirə bilmərik. Buna icazə verərlərmi? Təbii ki, yox. Bizim onlarla əməkdaşlığımız tam rəsmi qaydadır və bu vacibdir. Biz başqa nazirliklərlə - Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi ilə də əməkdaşlıq edirik. Bəs, Xədicə bu nazirliklərin adını niyə çəkməyib?".Bu fikirləri SİA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.

Xədicə İsmayılın ABŞ Kəşfiyyat orqanlarına göndərdiyi "donos"da adının çəkilməsinə və onun hakimiyyətə işləməsi ilə bağlı iddialara münasibət bildirən Elçin Behbudov qeyd edib ki, əgər bu gün mən MTN və DİN rəhbərliyi ilə görüşüb, insanların sikayətlərini birbaşa onların diqqətinə çatdırıramsa, buna ən azı sevinmək lazımdır: "Mən heç kimə imkan vermərəm ki, mənim fəaliyyətimə və rəhbərlik etdiyim komitənin adına qara ləkə gətirilsin. Mən adlarını çəkmək istəmirəm, bəzi insanlar var ki, xarici dövlətlərlə əməkdaşlıq edirlər, onların xüsusi xidmət orqanlarına "şpion"luq edib qrantlar alırlar. Həmin şəxslər bir dəfə də olsun bir yerdə monitorinq keçirməyiblər, kiminsə hüquqlarını müdafiə etməyiblər. Bəs, hansı fəaliyyətinə görə onlar pul alırlar? Təbii ki, "şpion"luqlarına görə. Xədicə özü xarici dövlətin agentidir. Onun mənim barəmdə dedikləri, məni "donos" siyahıya salması, "qara siyahı"da mənim adımı çəkməsi tamamilə əsassızdır. Belə şeyləri deyəndə faktla danışmaq lazımdır, uydurma, cəfəng fikirlərlə heç nəyə nail olmaq olmaz. Məhz, bütün bunlara görə, Xədicə İsmayıla ar olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə