Partiya funksioneri: ““Milli Şura” nın tarixi yekunlaşıb” MÜSAHİBƏ
AMİP funksioneri Əli Orucovun SİA-ya müsahibəsi:
- Ötən gün Eldar Namazov mətbuata açıqlamasında bildirib ki, "Milli Şura" iflasa uğrayıb, qurum əvvəlki qurum deyil. Sizcə, bu bir etiraf deyilmi?
- Eldar Namazov əslində olanları deyib. Ona görə ki "Milli Şura" adlanan qurum artıq yoxdur. Təbii ki, bunu həm də etiraf kimi qəbul etmək olar. "Milli Şura" ideyası müxalifətin aləmində gurultulu bir ideya idi. Lakin qurumun yaranması, təşkilatlanması yanlış olduğundan, yarandığı gündən problemlərlə qarşı-qarşıya gəldi. Toplumun tərkibində daxili çəkişmələr, partiyalar arasında mübarizə yarandığı gündən başlamışdı. İlk vaxtlarda bunu gizlətməyə çalışsalar da, sonradan mümkün olmadı. Əksinə, daha da geniş müzakirəyə səbəb oldu. Qurumun uğursuz olacağını hər kəs bilirdi. Ona görə ki, orada toplaşanlar qurum yaranan gündən səhvə yol verdilər. İndi Eldar Namazov bunu etiraf etməklə nəyisə dəyişə bilməz. Etirafla hər şeyi həll etmək mümkün deyil. Onlar öz məsuliyyətini dərk etməli, səhvlərini təhlil etməlidirlər. "Milli Şura" adlanan qurumun tarixi yekunlaşıb.
- Layihənin ideya müəlliflərindən çoxu qurumu tərk ediblər. Amma buna baxmayaraq, toplumu sürdürməyə çalışırlar. Onları buna vadar edən nədir?
- "Milli Şura" ya süni nəfəs verməyə çalışsalar da, artıq heç bir xeyri yoxdur. Qurumda demək olar ki, heç kim qalmayıb. Orada olanlar görüntü yaratmağa çalışırlar. Azərbaycan müxalifətində çatışmayan bir məqam onların bir-birilərinə etibar etməmələri, şübhə ilə yanaşmalıdır. Bu partiyalarda əksər hallarda korporativ maraqlar öndə olduğundan belə ittifaqlar hətta cəlb edici olsa belə, heç bir uğur əldə edə bilmir. Əgər nə vaxtsa radikal müxalifət yenidən birləşmək niyyətini ortaya qoymaq istəsə, o zaman köhnə səhvlərini təkrar etməməlidir. Deyilə bilər ki, siyasət varsa, səhvlər də var. Bu düzdür. Lakin bu səhvlər davamlı olanda cəmiyyət onu qəbul etmir.
- Əli Kərimli "etirazçı gənclər" qrupunun yaradılması haqqında iddia edir. Sizcə, nəyə görə, Əli Kərimli və digər müxalif qüvvələr öz məqsədlərində gənclərdən istifadə etməyə üstünlük verirlər?
- Hər bir siyasətçi gənclərin potensialından yararlanmaq istəyir. Çünki bütün ölkələrdə gənclər avanqard qüvvə sayılır. Gənclərin potensialı, imkanları və mübarizəsi daha effektli olur. Çox təəssüf ki, Əli Kərimli kimi insanlar gənclərdən öz mənafeyi naminə istifadə edir, onları əllərində alətə çevirməyə cəhd edirlər. Əgər onların niyyətində həqiqətən də gənclərlə çalışmaq varsa, o zaman onların problemləri ilə yaxından tanış olub, kömək edə bilərlər. Gənclərdən şəxsi məqsədlər üçün istifadə etmək olmaz. Çünki onlar bizim gələcəyimizdir. Biz bu addımlarla öz gələcəyimizi məhv edə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB