"El" Hərəkatı ilə Vətəndaş və İnkişaf Partiyası arasında (VİP) yaranmış kəskin qarşıdurmalardan sonra qurumun Vətəndaş Həmrəyliyi Partiyasıyla (VHP) da arasında soyuq küləklər əsməyə başlayıb. Belə ki, "El" rəhbərliyi VHP-ni hakimiyyətə işləməkdə ittiham edib. SİA-nın məlumatına görə, "Yeni Müsavat"a açıqlamasında qarşı tərəfi sərt tənqid edən VHP-nin aparat rəhbəri Samir Əsədli bildirib ki, Eldar Namazovun və Eldəniz Quliyevin dedikləri yalandır: "Rafiq Manaflı heç vaxt deməyib ki, VHP-nin seçki komissiyalarında təmsilçilərini hakimiyyət təyin edir. Başqa şəxsin adından bu cür yalanı uydurub mediaya bildirmək qətiyyən yaxşı hərəkət deyil. Eldar Namazov elə danışır sanki heç vaxt hakimiyyətin yanında olmayıb, elə anadangəlmə müxalifətçi olub. Əgər Rafiq Manaflıya cavab verirdisə, VHP-nin barəsində o cür fikir işlətməməli idi".
VHP rəsmisi qarşıdurmanın tərəfdarı olmadığını da deyib və qeyd edib ki, məsələnin qapanmasının tərədarıdır: "Biz Eldar Namazovla və ya başqa bir müxalifət təşkilatı ilə qarşıdurma istəmirik. Sadəcə, partiyanın barəsində heç bir reallığa söykənməyən fikri təkzib və tənqid edirik. Düşünürük ki, bu məsələ elə buradaca bağlanacaq".
Qeyd edək ki, "El" Hərəkatinin sədri Eldar Namazov Samir Əsədlinin cavabına reaksiya verib. "İndi bu partiyanın vəzifəcə ikinci adamı El" Hərəkatı haqqında ağzına gələni danışır"-deyə bildirən Namazov günahı onları Milli Şuraya qəbul edənlərdə gördüyünü deyib: "Günah onlarda deyil. Günah onları gətirib Milli Şuranın başında oturdanlardadır".
Xatırladaq ki, son günlər "El" Hərəkati ilə VİP arasında da kəskin qarşıdurmalar yaşanmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB