ABŞ hökuməti Vaşinqton ştatında qüvvədə olan ölüm hökmünü müvəqqəti olaraq ləğv edib. Bu haqda SİA Rusiyanın "İnterfaxt" agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, bu haqda ştatın qubernatoru Cey İnsli ölüm hökmünün müəyyən bir qrupa aid olunduğundan ləğv edilməsi məqsədə uyğun hesab edilib.
Qeyd edək ki, ştatın Respublikaçılar Partiyasını təmsil edən nümayəndələri bildirirlər ki, İnsli ştat sakinləri ilə münasibəti düzəltmək məqsədi ilə bu addımı atıb.
Xatırladaq ki, ötən il Merilend ABŞ-da ölüm hökmünün tamamilə ləğv edilməsinə görə,18-ci ştat olmuşdu. Amerikanın digər ştatlarında isə ən ağır cəzaların ləğv olunması müzakirə olunmaqdadır.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB