“Ermənistan Gömrük İttifaqında fəaliyyətə başlayarsa yanacaq idxalında problemlər yaranacaq” erməni nəşri

“Ermənistan Gömrük İttifaqında fəaliyyətə başlayarsa yanacaq idxalında problemlər yaranacaq” erməni nəşri

Ermənistan Gömrük İttifaqında fəaliyyətə başlayarsa, yanacaq idxalında problemlər yaranacaq. Bu haqda SİA Ermənistanın "Ayots Aşxar" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, dünyanın yanacaq bazarında neft məhsullarının əmtəə dövriyyəsində canlanma müşahidə olunmaqdadır. Lakin bu canlanmanın Ermənistan bazarına müsbət təsiri yoxdur.

"Ermənistan məhsullarının idxalına görə, 300 min ton kvota istəyib" - deyə yazan "Ayots Axşar"da o da qeyd olunub ki, hətta bu tələb də heç nəyi dəyişməyəcək: "Ötən il Ermənistana ümumilikdə 328 min ton müxtəlif cür neft məhsulları idxal olunub. Lakin bu göstərici rəsmi İrəvanın Gömrük İttifaqındakı fəaliyyətindən sonra böyük dəyişikliyə məruz qalacaq".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə