Əli Orucov: “İsa Qəmbər başqanlıqdan getməyəcək”

Əli Orucov: “İsa Qəmbər başqanlıqdan getməyəcək”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov Müsavat Partiyasında uzun müddətdir ki, müzakirə olunan yeni başqanın kim olacağına münasibət bildirib.

AMİP funksioneri bildirib ki, hazırda Müsavat Partiyasında yeni başqanın kim olacağı ilə bağlı müzakirələr getsə də, bu istiqamətdə müxalifət mətbuatında fikirlər səsləndirilsə də, əslində bütün bunlar görüntü yaratmaq üçündür: "Onlar bununla demək istəyirlər ki, Müsavatda başqanlığa layiq şəxslər var, yəni görüntü yaratmaq üçün müxtəlif adları da çəkirlər. Ancaq İsa Qəmbər Müsavatın başqanlığından getməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə