Müsavat Partiyasında nələr baş verib? EKSKLUZİV

Müsavat Partiyasında nələr baş verib? EKSKLUZİV

Müsavat Partiyasında dünən qapalı iclas keçirilib.

SİA Müsavatdakı etibarlı mənbədən məhz bu iclas barədə ilginc məlumatlar əldə edib.

Mənbə bildirir ki, dünən Müsavat Partiyasında müsavatçı gənclərin qapalı görüşü keçirilib və gənclər olduqca mühüm qərarlar qəbul ediblər. İclasda xeyli münaqişlərin də yaşandığını deyən mənbə iddia edir ki, gənclər məhz İsa Qəmbərin başqanlıq məsələsini konkret olaraq gündəmə gətirmək üçün bir aya gəliblər: "Artıq Tural Abbaslı və ətrafındakı gənclər İsa Qəmbərin qarşısında şərt qoyublar. Onun başqanlıq müddətindən iki il keçməsinə baxmayaraq hələ də yeni başqan seçilməsi ilə bağlı qurultay keçirilməyib. Tural Abbaslı və ətrafındakı gənclər İsa Qəmbərin qarşısında şərt qoyublar ki, əgər aprel ayında Müsavatın qurultayı keçirilməsə, o zaman onu məcburi şəkildə başqanlıqdan kənarlaşdıracaqlar. Neçə illərdir bəyanatlar verilir, amma heç bir nəticə əldə olunmur".

SİA başqa bir maraqlı məlumat əldə edib. Məlumata görə, Müsavatda gənclərin keçirdiyi dünənki görüşdən əvvəl Arif Hacılı partiya qərargahının qabağında gənclərə salam verib, lakin heç bir müsavatçı gənc onun salamını almayıb. Tural Abbaslı və Arif Hacılı arasındakı ziddiyyətlər partiyanı bir neçə yerə parçalayıb.

Mənbə Cəmil Həsənli ilə İsa Qəmbər və Əli Kərimli arasındakı soyuqluğun ilk səbəbindən da danışdı. Qeyd etdi ki, Azərbaycanda prezident seçkilərinin səhəri günü mitinq keçirmək üçün Cəmil Həsənli öz yaxınları ilə birlikdə qərar qəbul edib. Bu qərar İsa Qəmbər Əli Kərimliyə çatdırılanda isə, onlar razılaşmayaraq, bunun mümkün olmadığını deyiblər. Hətta hər iki partiya rəhbəri partiya üzvlərinə bir neçə gün heç bir tədbirə qoşulmamaq tapşırığı veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə