Elmira Axundova: “Ən ucqar kəndlərdə belə yeni məktəb və uşaq bağçaları tikilib istifadəyə verilib”
"Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları istehsalatın güclənməsinə böyük töhfə verdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova deyib.
Millət vəkili qeyd edib ki, Dövlət Proqramlarının uğurlu icrası regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib: "Sahibkarlıq mühitinin yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azaldılmasında mühüm rol oynadı. Ən ucqar kəndlərdə belə yeni məktəb və uşaq bağçaları tikilib istifadəyə verilib".
Bəzi kəndlərdə hələ də qaz və içməli su təchizatı probleminin olduğunu qeyd edən millət vəkili onu da vurğulayıb ki, birinci və ikinci Dövlət Proqramının icrası zamanı həllini tapa bilməyən problemlərin üçüncü Dövlət Proqramında öz həllini tapacağına inanırıq: "Əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Cənab Prezidentin Sərəncamı ilə bu sahədə irəliləyişlərin olduğunun şahidiyik. Son illər əkin sahələrinin suvarma ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Bu da 150 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq, 30 min hektara qədər yeni suvarılacaq sahələrin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradacaq".
Elmira Axundova onu da qeyd edib ki, son dövrlər fermerlər arasında çayçılığın inkişaf etdirilməsinə maraq müəyyən qədər artsa da, hələlik bu, arzuolunan səviyyədə deyil: "Bunun üçün xüsusilə cənub zonasında yeni çay plantasiyalarının salınması, mövcud plantasiyaların bərpası üçün müəyyən işlərin aparılmasına ehtiyac var".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB