Moldova xalq artistinin adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb
Moldovanın xalq artisti Konstantin Moskoviçin adı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb. SİA-nın məlumatına görə, artıq K.Moskoviçin adı Azərbaycan XİN-in saytında yerləşdirilmiş "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş Moldova Respublikasının vətəndaşı K.Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB