"Rusiya Ermənistana qarşı yeni tələblər irəli sürmək fikrindədir" erməni nəşri
Rusiya Ermənistana qarşı yeni tələblər irəli sürmək fikrindədir. Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir. Nəşrin verdiyi məlumata görə, məhz bu səbəbdən də Rusiya miqrantlar haqda qanunda müəyyən dəyşikliklər edərək onların bu ölkədə qalma müddətini 180 gündən 90 gün müddətinə qədər qısadıb. Bu da Rusiyada yaşayan erməni miqrantların vəziyyətini çətinləşdirmiş olur.
Nəşr qeyd edir ki, erməni miqrantlar bu şərtlər altında ya Rusiyanı tərk etməli, ya da Rusiya tərəfindən ehtimal edilən tələblər Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməlidir: "Lakin Rusiya tərəfindən ermənilərə olunacaq tələblərin humanitar və ya iqtisadi istiqamətdə olacağı məlum deyil. Amma tələblər mütləq sürətdə olacaq və "məhkum" Ermənistan tərəfindən qəbul olunacaq".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB