Millət vəkili siqaretin satışına qarşı çıxdı

Millət vəkili siqaretin satışına qarşı çıxdı

"Siqaretin pərakəndə və ictimai yerlərdə satılması yolverilməzdir və onların satışı üçün xüsusi yerlər ayrılmalıdır". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, köşklərdə siqaret satılmasına qadağa qoyulmalıdır: "Siqaretin də alkoqol kimi xüsusi ixtisaslaşmış mağazalarda satılması məqsədəuyğundur".

Bildirilib ki, Parlamentin Sosial siyasət komitəsinin hazırladığı "İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında" qanun layihəsi 2014-cü ilin yaz sessiyasında müzakirəyə çıxarılacaq: "İctimai yerlərdə siqaret çəkilməsinə nəzarət və bu inzibati xətaya görə cəzalar da müzakirələr zamanı müəyyənləşəcək. "İctimai yerlərdə siqaret çəkilməsinə qarşı hazırlanan qanun layihəsinə bu işə konkret olaraq kimin nəzarət edəcəyi hələ ki, bəlli deyil. Yalnız layihənin müzakirəsi zamanı səslənən təkliflər əsasında bu normalar müəyyən ediləcək. Cəzalar və cərimələr də artıq bundan sonra İnzibati Xətalar Məcəlləsinə daxil olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə