Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclası keçirilib FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov millət vəkilləri, gənclər təşkilatları iştirak ediblər.
Tədbirdə ilk çıxış edən komissiyanın sədri Vaqif Əliyev bildirib ki, komissiyanın yaradılmasında məqəd gənclər, idman və mədəniyyət sahəsi ilə bağlı idarə heyətinin müzakirəsinə çıxarılacaq məsələləri əvvəlcədən geniş müzakirə etmət və həmin məsələləri tam şəkildə idarə heyətinə təqdim etməkdir: "Biz komissiya olaraq idarə heyətinin müzakirəsinə çıxarılacaq məsələləri həmin sahəyə aid dövlət qurumları, təşkilatlar və gənclərlə müzakirə edəcək, onların fikir və təkliflərini nəzərə alacaq, məsələ tam yekunlaşdıqdan sonra idarə heyətinə təqdim edəcəyik".
V. Əliyev çıxışı zamanı ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb. O bildirib ki, Gənclər siyasəti ölkəmizdə prioritet sahələrdən sayılır: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclərə ən böyük diqqət və qayğını Ulu Öndər göstərib. Belə ki, ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb. Həmçinin heç bir ölkədə olmayan 2 fevral gənclər günü təsis edilib".
Daha sonra tədbirdə söz alan gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə gənclər sahəsinə qoyulan investisiyanı açıqlayıb. O deyib ki, son 10 ildə ölkədə gənclər sahəsinə qoyulan investisiya 10 dəfə artaraq 245 milyona çatıb.
Gənclər və idman nazirinin müavini çıxışı zamanı eyni zamanda gənclərə ayrılan sosial ipoteka vəsaitinin miqdarının artırılmasını, ilkin ödənişin azaldılmasını təklif edib: "Qanunvericiliyə görə, 29 yaşa qədər gənc, 35 yaşa qədər gənc alim hesab edilir. Ancaq bu zaman gənc alimlərlə bağlı bir problem ortaya çıxır. 29 yaşa qədər gənclərin elmi işi müdafiə etməsi çox nadir hallarda olur. Gənc alimlərin yaş həddinin 40 yaşa qədər artırılmasını təklif etmişik. Eyni zamanda institutlarda çalışan elmi işçilərə də gənc alim kimi sosial ipoteka verilməsini təklif etmişik".
İ.Babayev hazırda 30 min manat olmaqla, 4 faizlə sosial ipoteka kreditinin verildiyini nəzərə çatdırıb.
Daha sonra söz alan təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə gənclərin təhsil alması üçün yaradılan geniş imkanlardan danışıb. O deyib ki, ölkəmizdə Dövlət Proqramı çərçivəsində minlərlə gənc xaricdə dünyanın ən aparıcı müəsisələrində təhsil alır.
Tədbirin davamında gənclər öz təklif və fikirlərini bildiriblər.
İclas diskussiya əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB