Vasif Mövsümov: “Hər bir məmur işini düzgün sistemləşdirməli, özü-özlüyündə korrupsiya ilə mübarizə aparmalıdır”
"Dövlət başçısı hər zaman korrupsiya ilə mübarizədə siyasi iradənin davamlı olduğunu vurğulayıb". Bu fikirləri SİA-ya Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov Prezident İlham Əliyevin fevralın 5-də etdiyi çıxışında korrupsiyaya qarşı mübarizə ətrafında irəli sürdüyü fikirlərə münasibətini açııqlayarkən bildirdi.
"Əsas məsələ bunun həyata keçirilməsi və ictimailəşdirilməsidir" - deyə qeyd edən Vasif Mövsümov onu da bildirdi ki, həm vətəndaşların, həm də dövlət məmurlarının bu məsələyə dəstəyi mütləqdir: "Hər bir məmur işini düzgün sistemləşdirməli, özü-özlüyündə korrupsiya ilə mübarizə aparmalıdır. Cənab Prezidentin səsləndirdiyi bütün fikirlər hər bir vətəndaşa örnəkdir. Məmurlar təvazökar olmalı, xalqla qarşılıqlı ünsiyyətdə olmalıdır. Ən əsası isə hər bir məmur vətənpərvər olmalıdır. Korrupsiya dövləti uçuruma aparan bir bəladır".
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru həmçinin bildirdi ki, daha önəmli bir məqam isə heç bir xarici dairənin təsirinə düşməməkdir: "Əgər hansısa bir məmurun xarici banklarda hesabı varsa bu hesab xüsusi xidmət orqanlarının nəzarəti altındadır. Həmin məmuru istənilən halda şantaj etmək, dövlət maraqlarını satmaq üçün xarici banklarda olan hesablar kifayət edir. Çünki o artıq beynəlxalq güclərin təsirinə düşür. Bundan sonra da korrupsiya ilə mübarizənin səmərəli aparılması üçün cənab Prezidentin çıxışında səsləndirdiyi fikirlərin hər biri önəmlidir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB