Elçin Mirzəbəyli: “Əli Kərimlinin siyasi fəaliyyəti xarici ölkələrdən aldığı təlimatlar əsasında qurulub”

Elçin Mirzəbəyli: “Əli Kərimlinin siyasi fəaliyyəti xarici ölkələrdən aldığı təlimatlar əsasında qurulub”

"Əli Kərimli Milli Şuranı xarici dairələrin təsiri ilə qoruyub saxlamaq istəyir". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli AXCP sədri Əli Kərimlinin qurumdaxili proseslərə nəzarət etməsinə və qurumu inhisaçılıq altında saxlamasına münasibətini açıqlayarkən qeyd edib.

"İndiki formatda səsləndirilən fikirlər müxtəlifdir" - deyə bildirən BAXCP sədrinin müavini onu da qeyd etdi ki, vaxtilə Milli Şuranın üzvü olan, bu yaxınlarda oranı tərk edən politoloq Leyla Əliyeva da bu kimi fikirlər səsləndirir: "Əli Kərimlinin siyasi fəaliyyəti xarici ölkələrdən aldığı təlimatlar əsasında qurulub. Bundan sonra da belə olacaq".

Elçin Mirzəbəyli bu proseslərin davam edəcəyi təqdirdə Milli Şuradan növbəti istefaların olacağını da istisna etməyib.

Onu da qeyd edək ki, Milli Şuradan istefa verən politoloq Leyla Əliyeva istefa səbəblərindən biri kimi Milli Şuranın AXCP sədri Əli Kərimlinin dominantlığı altında idarə edildiyini iddia etmişdi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə