Şirvanda yürüş keçirilməsi ilə bağlı yayılan məlumat yalandır. Bunu SİA-nın Aran bürosuna Şirvan Şəhər Polis Şöbəsindən deyiblər. Verilən məlumata görə, bu gün Ticarət Mərkəzində işləyən 15-20 nəfər şəxs yer pulunun artırılmasına etiraz edərək narazılıqlarını bildiriblər. Həmin ticarətçiləri bazarın müdiri Əvəzağa Həsənovun otağında Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman Abbasov qəbul edərək dinləyib.
Ticarətçilərə bazar rəhbərliyi izah edib ki, bu gün ticarət mərkəzinin təmizliyini həyata keçirən xidmətçilərin əmək haqqını həmçinin digər xərclərin ödənilməsi köhnə qiymətlə mümkün deyil. Bazarda əvvəl yer haqqı hər kvadrata görə 1 manat olub artım isə cəmi 50 qəpikdir. Ticarət Mərkəzinin müdiri Əvəzağa Həsənovun SİA-ya açıqlamasına görə, ticarətçilərə izahat verildikdən sonra yeni qiymətlərlə razılaşıblar və hal hazırda hər kəs öz işi ilə məşquldurlar. 100 nəfər ticarətçinin yürüş mitinqi keçirməsi tam yalandır və bəyan edirəm hansısa infarmasiya ağentliyi bir daha Şirvan Ticarət Mərkəzi barəsində böhtan xarakterli məlumat yaysa onlarla hüquqi müsyəvidə danışaraq məhkəməyə müraciət edəcəyik.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB