Millət vəkili: “Ölkə rəhbərinin çıxışından sonra hər bir məmur işini yenidən qurmağı bacaracaq” AÇIQLAMA

Millət vəkili: “Ölkə rəhbərinin çıxışından sonra hər bir məmur işini yenidən qurmağı bacaracaq” AÇIQLAMA

"Ölkə başçısı hər çıxışında olduğu kimi, dövlət proqramlarının icrası ilə bağlı keçirilən toplantıda da düşündürücü, eyni zamanda çox əhəmiyyətli tezis və mesajlar səsləndirdi ki, onlardan da biri vətəndaş məmur münasibətləri ilə bağlı söylənən fikirlər idi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, hər kəs ölkə başçısının toplantıda səsləndirdiyi fikirlərdən nümunə götürməli, fəaliyyətini həmin mesajlara uyğun şəkildə qurmalıdır: "Dövlət başçısının vətəndaş məmur münasibətləri ilə bağlı söylədikləri, tapşırıqları, tövsiyyəsi, tələbi ölkədə tam vətəndaş cəmiyyətinə nail olmaq üçün insan amilinin daha da gücləndirilməsi məqsədini daşıyır. Əgər ölkə rəhbəri özü haqqında çox təvazökar şəkildə, " mən xalqın xidmətçisiyəm" deyirsə, o zaman bizlər bu ifadədən örnək götürməli və bu istiqamətdə fəaliyyət göstərməliyik. Bu, bütün məmurların başlıca vəzifəsi, borcudur".

Millət vəkili bildirib ki, ölkə başçısı söylədiyi fikirlərlə hər kəsdən bu xidməti tələb edir: "Hər bir məmur öz səlahiyyətləri, dövlətin onun üzərinə qoyduğu cəvabdehlik çərçivəsində işlərini qurmalı və vətəndaşa xidmət etməlidir. Əgər belə olsa, o zaman ölkəmizdə vətəndaş məmur münasibətləri ən yüksək müstəviyə gəlib çata bilər. Buna hər birimiz borcluyuq. Prezidentin mesajlarından nəticə çıxararaq hər birimiz vətəndaşlara kömək etməli, onlara lazimi yardımlar etməyə çalışmalıyıq. Biz bu addımla eyni zamanda dövlətimizə, dövlətçiliyimizə kömək etmiş olarıq. Düşünürəm ki, ölkə rəhbərinin bu çıxışından sonra hər bir məmur işini yenidən qurmağı bacaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə