Leyla Əliyeva: “Əli Kərimli kənar qüvvələrdən maliyyə yardımı alır” İTTİHAM

Leyla Əliyeva: “Əli Kərimli kənar qüvvələrdən maliyyə yardımı alır” İTTİHAM
Ötən həftə Milli Şuradan istefa verən politoloq Leyla Əliyeva AXCP sədri Əli Kərimlinin kənar qüvvələrdən maliyyə yardımı aldığı iddiasını irəli sürüb. SİA-nın məlumatına görə, politoloq Cəbhə sədrinin qurumu uçurum satanasına gətirdiyini bildirib: "Milli Şurada yaranan böhranlı vəziyyətə görə AXCP sədri Əli Kərimli məsuliyyət daşıyır: "Əli Kərimli Milli Şuranı uçurum astanasına gətirib. Bu qurumun buraxılması qacılmazdır. Əli Kərimli isə bu reallıqla barışmaq istəmir. Səbəb də, bu qurum vasitəsi ilə Əli Kərimlinin kənar qüvvələrdən maliyə yardımları almasıdır. Yəni Ə.Kərimli şuraya gəlir mənbəyi kimi baxır".

Xatırladaq ki, Leyla Əliyeva ilə yanaşı, Milli Şuranı daha öncə tərk edənlər də qurumda AXCP dominantılığı olduğunu və Şuranın Əli Kərimlinin inhisarında idarə edildiyini bildiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə