Tural Abbaslı: “Fuad Qəhrəmanlı cəfəngiyyat danışır”

Tural Abbaslı: “Fuad Qəhrəmanlı cəfəngiyyat danışır”

"Fuad Qəhrəmanlı həmişəki kimi cəfəngiyyat danışır. Onun Müsavat Partiyası haqqında dedikləri yalan və böhtandır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Müsavat Milli Şuranı parçalamaq üçün bu qurumdan çıxdı" fikrinə münasibət bildirərkən söyləyib.

Tural Abbaslı AXCP və Müsavat Partiyaları arasında davam edən gərgin münasibətin səbəblərinə də toxunaraq qeyd edib ki, təmsil olunduğu partiya heç zaman AXCP-yə qarşı hansısa təhqir edici ifadə söyləməyib: "Müsavat Partiyası heç vaxt AXCP-yə qarşı hansısa təhqiredici fikirlər söyləməyib. Biz yalnız onların haqqımızda dediklərinə cavab vermişik".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə