Əflan İbrahimov: “Bu, İsa Qəmbərlə Əli Kərimli arasında gedən savaşdır”
"Hələ bu harasıdır. Müxalifətdəki intriqalar, qarşılıqlı ittihamlar və bir-birilərinə qarşı təhqirlər bundan sonra da davam edəcək. Çünki bu insanlar sağlam ideya ətrafında yığışmayıblar. Müxalifətdəki liderlərin, funksionerlərin hamısı ya keçmişdə bu xalqa xəyanət edənlərdir, ya da uzun illərdir ki, müxtəlif dairələrin maraqlarına işləyirlər". Müxalifətdaxili ziddiyyətlərə, AXCP və Müsavat arasında yaranan münaqişlərə münasibət bildirən "EL" Hərəkatı Parrtiyasının sədri Əflan İbrahimov bu fikirləri SİA-ya açıqlamasında bildirib
O, qeyd edib ki, əslində Müsavat və AXCP arasında ikinci dərəcəli şəxslər arasında gedən dava-dalaş İsa Qəmbər və Əli Kərimli arasında gedən savaşdır: "Sadəcə, nə İsa Qəmbər, nə də Əli Kərimli özləri açıq- şəkildə bir-biri ilə atışmaq istəmirlər. Amma hər ikisinin müavinləri birbaşa onların tapşırıqlarını yerinə yetirir. Bu adamlar yaxın müddətə tamamilə siyasətdən də gedəcəklər. Çünki normal siyasi mübarizə kursu olmadan uzun müddət fəaliyyət göstərmək də mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB