“Əmək Məcəlləsində analar üçün həddindən artıq imtiyazlar yer alıb"
"Əmək Məcəlləsində analar üçün həddindən artıq imtiyazlar yer ayrılıb". Bu haqda Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov SİA-ya açıqlamasında Əmək Məcəlləsində analarla bağlı imtiyazların olmasına münasibət bildirib.
Onun sözlərinə görə, Əmək məcəlləsində imtiyazların dərinləşməsi bir tərəfdən narahatçılıq doğuran məsələdir: "Bu gün Əmək Məcəlləsində analar üçün bir çox imtiyazlar əlavə edilib. Bir sıra mütəxəssislər düşünür ki, Əmək Məcəlləsinə qadınlar üçün əlavə edilən imtiyazlar həddindən artıq çoxdur və bunu azaltmaq lazımdır. Bu gün Əmək Məcəlləsində hamilə qadınlar iş prosesində əmək haqqı ödəmək şərti ilə hər ay müayinələrə getmək hüququna malikdir. Hamilə qadınlar əmək haqqı ödəmək şərti ilə həm hamiləlikdən əvvəl, həm də hamiləlikdən sonra məzuniyyət ala bilər. 14 yaşına qədər xəstə uşaqları olan analar işə gəlmədikdə həmin günün pulu ona ödənməlidir. İki uşağı olan qadın məzuniyyətə çıxdıqda 5 gün artıq məzuniyyətdə qalmaq hüququna malikdir. Süd verən analar əmək haqqının ödənilməsi şərti ilə iş zamanı ya fasilələrlə və ya toplam fasilələri iş sonu götürərək istifadə edə bilər".
Hüquqşünasın sözlərinə görə, bir çox qadınlar özəl sektorda çalışdıqları üçün işə götürənlər bu imtiyazlara əhəmiyyət göstərmir: " Bəzən də qadınlar öz hüquqlarını bilmirlər. Bunun üçün düşünürəm ki, ən əvvəl həm işçiləri, həm işə götürənlərin marifləndirilməsini təmin etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB