Təyyarənin qaçırılmasına cəhd edilib

Təyyarənin qaçırılmasına cəhd edilib

Ukraynadan Xarkov-İstanbul səfərini reallaşdıran təyyarənin qaçırılmasına cəhd göstərilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, təyyarə qaçırılma cəhdi qarşısında Sabihə Gökçən hava limanına endirilib. Ukraynadan 110 sərnişinlə havaya qalxan təyyarənin sərnişinlərdən biri "üstümdə bomba var" deyərək təyyarəni Soçiyə qaçırmaq istəyib.

Saat 18.00 radələrində İstanbul Sabihə Gökçən hava limanına enən təyyarə dərhal təhlükəsiz bölgəyə çəkilib. 45 yaşındakı ukraynalı şəxsin üstündə silah və yaxud da bomba tapılmayıb. Bomba təhdidçisi zərərsizləşdirilərək saxlanılıb sərnişinlərin hamısı təyyarədən çıxarılıb.

Adının Artem Hozlov olduğu öyrənilən Ukrayna vətəndaşı yüngül yaralanıb bunun müalicəsi üçün xəstəxanaya aparılıb. Ayaqda müalicə olunan bomba təhdidçisi daha sonra dindirilmək məqsədi ilə İstanbul polis mərkəzinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə