Azərbaycan Prezidenti İlham Əliyev Soçidə təşkil olunan rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Soçidə təşkil olunan rəsmi qəbulda iştirak edib

Fevralın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Rusiya Prezidenti Vladimir Putin qəbulda nitq söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə