Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Soçidə keçiriləcək 22-ci Qış Olimpia Oyunlarının rəsmi açılış mərasiminə qatılmaq məqsədilə bu gün Rusiyaya səfər edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Baş nazirliyin mətbuat xidmətinin internet saytında yer alan açıqlamaya əsasən, baş nazir Ərdoğan səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək.
Ərdoğanın Olimpiya Oyunlarının açılış mərasiminə qatılacaq bir sıra xarici ölkənin liderləri ilə də bir araya gələcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB