Sahib Alıyev: “Şəffaflıq cəmiyyətin bütün sahələrinin inkişafının əsas elementlərindəndir”

Sahib Alıyev: “Şəffaflıq cəmiyyətin bütün sahələrinin inkişafının əsas elementlərindəndir”

"Üzərində ən çox dayanılan məsələ Cənab Prezidentin korrupsiya ilə bağlı dediyi faktlardır". Bu haqda SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev Prezident İlham Əliyevin keçirdiyi konfransda toxunduğu mühüm məsələlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında sensasion heç nə yoxdur və burada hər bir şey plana və məqsədə uyğun şəkildə icra olunur: "Bu yolda Azərbaycan dövləti ardıcıl addımlar atır. Düşünürəm ki, Cənab Prezident təmiz və şəffaf cəmiyyətin qurulması üçün böyük əmək sərf edir. Bu gün əgər biz inkişaf etmiş ölkələrin sırasında yer almaq istəyiriksə, başqa ölkələrdə olduğu kimi xarici qüvvələrin təsirinə baş əyən dövlət deyiliksə, biz ən əvvəl savadlı olmalıyıq. Çünki, savadlı cəmiyyəti idarə etmək çox çətindir".

Savadlı cəmiyyətin əmək məhsuldarlığı da inkişaf etmiş ölkələrdə olduğu kimi olur"-deyə bildirən millət vəkili qeyd edib ki, şəffaflıq cəmiyyətin bütün sahələrinin inkişafının əsas elementlərindən biridir: "Bütün bunlar Azərbaycanın daha da möhkəmlənməsinə xidmət edən məsələlərdir. Bütün bunların bünövrəsi isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə