"Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Regionlarının sosial-iqtisadi inkişafı" Dövlət proqramlarının icrasına həsr olunan konfrans digər tədbirlərdən xeyli dərəcədə fərqlənirdi. Çünki bu konfrans özünün radikal dönüş məramı ilə seçilirdi. Ölkə başçısı konfransdakı çıxışı ilə cəmiyyətə bir çox əhəmiyyətli mesajlar vermiş oldu. Həmin mesajların ən vacibləri isə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, aqrar səneyinin yüksəldilməsi idi. Tədbirdə həmçinin müxalifətlə bağlı məsələlərə də çox ciddi şəkildə toxunuldu". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli adıçəkilən konfransda Prezident İlham Əliyevin müxalifətlə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, ölkə başçısının müxalifətlə bağlı dediklərinin hamısında həqiqət vardı: "Bununla da xaricdə olan qüvvələrə xəbərdarlıq olundu. Bütün deyilənləri nəzərə alaraq, əmin şəkildə demək olar ki, müxalifət mətbuatı artıq bir çox etiraflar etməyə başlayıb. Etiraf edirlər ki, guya onlar xarici qüvvələrlə əməkdaşlıq etmirlər. Misal olaraq Sərdar Cəlaloğlu bildirir ki, Prezident çıxışında "Milli Şura"nı nəzərdə tutub. Müsavat partiyasının nümayəndələri isə bəyan edirlər ki, onlar "Milli Şura"nı əvvəlcədən xəbərdar etmişdi. Göründüyü kimi, bu kimi bəyanatlarla müxalifət özünü bir növ sığortalamaq istəyir. Şübhəsiz ki, AXCP belə məqamdan istifadə edərək radikal müxalifət rolunu oynamaq niyyətindədir. Onlar da özünü əsasən tənqid üzərində kökləyirlər. Açıq şəkildə görünən odur ki, AXCP Müsavat partiyasını çıxdaş edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB