"Yaşlı nəslin təcrübəsindən faydalanaraq” adlı dəyirmi masa keçirilib
Bu gün Sabunçu rayon İcra Hakimiyyəti, YAP Sabunçu rayon təşkilatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə "Yaşlı nəslin təcrübəsindən faydalanaraq" adlı maarifləndirici layihə çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, AQUPDK-nın sədr müavini Aynur Sofiyeva, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Nadir Əsədov və digər qonaqlar iştirak edib.
Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova bildirib ki, layihənin əsas əhəmiyyəti ailənin cəmiyyətdə rolunun yüksəlməsi, inkişaf etdirilməsi, ailə dəyərlərinin qorunub saxlanılması, gənclərin böyüklərə hörməti və kiçiklərə qayğı ruhunda tərbiyyə olunmasını təmin etməkdir: "Azərbaycan qədim Şərq dövlətidir. Bu dövlət öz milli-mənəvi dəyərlərinə, milli kimliyinə, tarixinə, mədəniyyətinə ən əsası isə ailə dəyərlərinə sahib olan qədim və müasir dünyəvi dövlətdir. Qloballaşan dünyada bir çox dəyərlərin kölgə altına salındığı zamanda ailə Azərbaycanda kiçik bir dövlət olaraq reallığını böyük fəxrlə qoruyub saxlayır və bundan sonra da saxlayacaq".
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə qeyd edib ki, qloballaşan dünyada ən aktual və vacib məsələlərdən biri sosial mənəvi mühitin saflığının təmin olunmasıdır: "Bizim qarşımızda duran məsələ gənclərdə özünümüdafiə, sosial instinktin formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqqalların, ağbirçəklərin üzərinə böyük məsuliyyət düşür. Bu gün biz başlıca olaraq bilməliyik ki, nələri qoruyub saxlamalı və hansı məsələlərə daha ənənəçi olmalıyıq. Təbii ki, burada hər birimizin üzərinə böyük məsuliyyət düşür. Ölkəmizdə ailə məsələlərinə xüsusi önəm verilir. Biz hər birimiz bilirik ki, Azərbaycan günü-gündən inkişaf edir".
Sonra Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Səbahət Hünbətova, Sabunçu rayon Qadınlar Şurasının sədri Samirə Əjdərzadə, YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Lamiyə Cəlilova, YAP Sabunçu rayon Qadınlar Şurasının üzvü və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB