Rasim Musabəyov: “Danışıqlar prosesinin nə ilə nəticələnəcəyini prezidentlərin görüşündən sonra biləcəyik”
"ATƏT-in Minsk Qrupunun həmsədrləri daha əvvəllər də regiona səfərlərini Azərbaycandan başlayıblar". Bu haqda millət vəkili Rasim Musabəyov SİA-ya açıqlamasında ATƏT-in Mink Qrupunun həmsədlərinin əvvəl Azərbaycan, daha sonra Ermənistana getmələrinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, danışıqlar prosesi davam edir və nəticələr olanadək davam edəcək: "Həmsədrlər fevral ayının 3-də Azərbaycana, 5-də isə Ermənitana səfər ediblər. Danışıqlar prosesinin nə ilə nəticələnəcəyini prezidentlərin görüşündən sonra biləcəyik".
Rasim Musabəyov eyni zamanda ermənilərin gündəmə gətirdiyi Qafan və Mehri rayonlarının Dağlıq Qarabağın 4 rayonu müqabilində dəyişdirilməsi ehtimallarına da münasibətini bildirib: "Bu, ümumiyyətlə, ermənilərin absurd fikirdir. Azərbaycanın Ermənistan tərəfinin "ehtimallarından" fərqli olaraq yeganə məqsədi Dağlıq Qarabağ problemini həll etmək və torpaqlarımızı azad etməkdən ibarətdir".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB