Cəmil Həsənlinin "Yeni Müsavat" qəzetində "El" Hərəkatının sədri Eldar Namazovu bir sıra iddialarına və ittihamlarda suçlaması qarşı tərəfin cavabını gecikdirməyib. SİA-nın məlumatına görə, Eldar Namazov Milli Şura sədri tərəfindən qaldırılan məsələlərin heç birininin həqiqətəuyğun olmadığını deyib: "Söhbət bir-iki məsələdən getmir, orada qaldırılan məsələlərin demək olar ki, hamısı həqiqətə uyğun deyil. Ona görə də bütün bu qaldırılan məsələlərə yaxın zamanlarda münasibət bildiriləcək".
Eldar Namazov Cəmil Həsənlinin onun vahid namizədliyini dəstəkləməməsi ittihamına da cavab olaraq bildirib ki, yaxın günlərdə bununla bağlı daha geniş açıqlama ilə çıxış edəcək: "Mən yenə qeyd edirəm ki, bütün bu məsələlərlə bağlı açıqlama yayacağam. Gözləmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB