"Radikal müxalifət düşərgəsində liderlərin şəxsi ambisyalarının reallaşdırılması istiqamətində yaradılan qeyri ciddi qurumlar sağlam düşüncəli gənclərə hər hansı bir təsir göstərə bilməz". Bu barədə SİA-ya açıqlamasında YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov deyib.
Həmin gənclərin də Azərbaycan gəncliyinin bir parçası, ayrılmaz bir hissəsi olduğunu deyən Amil Cavadov təəssüflə bildirib ki, həmin gənclərin düşdüyü mühit, onlara təsir edənlər gənclərimizi yaxşı istiqamətə deyil, onlardan siyasi alət kimi istifadə edərək ölkəmizdə qarşıdurma yaratmağa yönəldirlər: "Son hadisələr də bir daha onu göstərdi ki, antimilli qrupların əsas məqsədi ölkəmizdəki sabitliyi pozmaq, müxtəlif təxribatlar törətməklə xaos yaratmaqdan ibarətdir. Mən həmin gəncləri Azərbaycan dövlətçiliyinin inkişafına, torpaqlarımızın azadlığına və bütövlüyünə, dövlətimizin dünyada təbliğ olunmasına, habelə bəzi üzdəniraq daxili və xarici siyasi qurumların, təşkilatların qurbanına çevrilməməyə çağırıram, onları ayıq-sayıq olmağa səsləyirəm!".
"Bu danılmaz faktdır ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz inkişaf edib, regionun lider dövləti olmaqla əsas söz sahibinə çevrilib"-deyə bildirən Amil Cavadov qeyd edib ki, bu inkişaf, bu uğur dostlarımızın sevincinə, bizi istəməyən qüvvələrin qısqanqclığına səbəb olur: "Ona görə də onlar bu cür yollarla ölkəmizdə çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Ancaq onlar bir şeyi unudurlar ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti dövlətinə sadiqdir və həmin antimilli qüvvələrə qarşı birləşərək birmənalı olaraq ölkə Prezidenti İlham Əliyevi dəstəkləyirlər. Bizim birliyimiz güclü dövlət və uğurlu sabahımız deməkdir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB