Elşən Musayev: “İsa Qəmbər və Əli Kərimli Azərbaycan gəncinə tərbiyə verəcək səviyyədə deyil”

Elşən Musayev: “İsa Qəmbər və Əli Kərimli Azərbaycan gəncinə tərbiyə verəcək səviyyədə deyil”

"Ənənəvi müxalifət düşərgəsində təmsil olunan gənclərin heç birinin təhsili, biliyi, təcrübəsi yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Maarifçilik Partiyasının (AMP) sədri Elşən Musayev AXCP sədri Əli Kərimlinin bir neçə etirazçı gənci ətrafına yığaraq "gənclər qurumu" yaratmasına münasibətini açıqlayarkən dedi.

Təhsilin isə nəinki siyasətin bütünlükdə, həyatın əsas predmetlərindən biri olduğunu qeyd edən AMP sədri onu da bildirib ki, dünyagörüşü, savadı olmadan siyasətdə hər hansı bir praqmatik qərarlar qəbul etmək olmaz: "Ənənəvi müxalifət liderləri iqtidardan fərqli olaraq heç vaxt gənclərə dəstək vermirlər, onları önə atmırlar. Sonradan məcbur olurlar Tural Abbaslı və yaxud da Əbülfəz Qurbanlı ranqında kimlərisə qabağa çıxarsınlar. Bunların hələ ki, ağıllıları budur. Onlar siyasi fikirlərini cəmiyyətə təqdim etmək əvəzinə çıxıb mahnı oxuyurlar, şüar deyirlər".

Belələrinin öz hərəkətlərini normal şəkildə tənzimləyə bilmədiklərini deyən Elşən Musayev vurğulayıb ki, onların sağlam düşüncəli gənclərə heç bir təsiri ola bilməz: "Onların liderləri İsa Qəmbər və Əli Kərimli Azərbaycan gəncinə tərbiyə verəcək səviyyədə deyillər. Bir-birlərinə təhqir etməkdən başqa bir iş görmürlər. Keçirilən bir sıra tədbirlərdə radikal müxalifət gəncləri ancaq qışqır-bağır edirlər. Hətta onlar öz liderlərini belə dinləmə qabiliyyətinə malik deyillər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə