“Azərbaycan gəncliyi öz ölkəsinə, ölkə başçısına sadiqdir” AÇIQLAMA

“Azərbaycan gəncliyi öz ölkəsinə, ölkə başçısına sadiqdir” AÇIQLAMA

"Azərbaycanda gənclər siyasəti deyiləndə, göz önünə əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti gəlir". Bu sözləri SİA-ya Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı yüksək səviyyədə həyata keçirilir: "1993-cü ildə Ümumilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə Gənclərin I Forumu keçirildi və bu forumda gənclər ölkə tarixində ilk dəfə sərbəst şəkildə fikirlərini söyləyə bildilər. 2 fevral "Gənclər günü"nun təsis edilməsi Azərbaycanda gənclərə göstərilən qayğının digər bariz nümunəsidir. Bundan əlavə, Azərbaycanda gənclərə yönəlik iki dövlət proqramı var ki, həmin proqramlar vasitəsilə gənclər xaricdə təhsil alır, bir çox beynəlxalq və yerli tribunalarda təmsil olunurlar. Bu gün Azərbaycanda Gənclər Fondu fəaliyyət göstərir ki, həmin fond vasitəsilə 1000 –dən artıq gəncin təşəbbüsləri dəstəklənib və onlara ayrılan qrantlar vasitəsilə öz layihələrini həyata keçirmək şansı qazanıblar. Düşünürəm ki, ölkə gənclərimiz onlara yaradılan şəraitə görə çox şanslıdırlar".

Açıqlama verərkən AXCP sədri Əli Kərimlinin xarici vəsait hesabına gəncləri öz təşkilatına cəlb etməsi məsələsinə də toxunan təşkilat sədri bildirib ki, ölkəmizdə çox az gənc var ki, onlar müxtəlif şirinləşdirici yollara yönəliblər: "Mən belə gəncləri daha çox məlumatsız, aparılan inkişaf strategiyasından kənar hesab edirəm. Yalnız bu səbədən gənclər şirinləşdirici vədlərə inana bilərlər. Əli Kərimli bəzi gəncləri xarici havadarların dəstəyi ilə, mənşəyi məlum olmayan maliyyə hesabına öz tərəfinə çəkməya çalışmaqla nəyəsə nail olacağını düşünür. Lakin o düşünmür ki, Azərbaycan gəncliyi öz ölkəsinə, ölkə başçsına sadiqdir. Başqa yollara uyan gənclər ölkəsinə sadiq olan gənclərin yanında çoz azdırlar. Çox az gəncin bu cür yola istiqamətlənməsi bütünlükdə Azərbaycan gəncliyinin adı demək deyil. Ölkədə gedən prossesi izləyən, islahatlardan xəbəri olan hər bir gənc öz yolunu çox yaxşı bilir və heç bir zaman Əli Kərimlinin vədlərinə inana bilməz. Onun ətrafında olan üç dörd gənc Azərbaycanın inkişafında marağı olan gənclərə mənfi təsir göstərmək gücünə malik ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə