Həmsədrlər səfərləri ilə bağlı bəyanat yayıblar

Həmsədrlər səfərləri ilə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə son səfərləri ilə bağlı bəyanat yayıblar. SİA-nın məlumatına görə, bu barədə məlumat ATƏT-in rəsmi saytında yer alıb. Bəyanatda bildirilir ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqların Vyana görüşündə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə davam etdirilməsi vacibdir.

Həmsədrlər cəbhə xəttində atəşkəs pozuntularının artmasından narahatlıqlarını bildiriblər və hər iki tərəfi hərbi ritorikanın dərəcəsini azaltmağa çağırıblar. Onlar eyni zamanda Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı tərəfləri gərginliklərin qarşısını almağa çağırıblar: "Həmsədrlər tərəflərlə gələn həftələr ərzində yüksək səviyyədə görüşlərin keçirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər".

Qeydə edək ki, həmsədrlər fevralın 4-5-də Azərbaycan və Ermənistana səfər çərçivəsində iki ölkə prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə