Əflan İbrahimov: “…Eldar Namazov papka daşıyırdı”

Əflan İbrahimov: “…Eldar Namazov papka daşıyırdı”

"Eldar Namazov kimdir ki, Qarabağ məsələsini kiminləsə müzakirə etsin. Qarabağ probleminin həlli ilə bağlı bu vaxta qədər atılan addımlar da, bundan sonra görüləcək işlər də yalnız dövlət başçımızın səlahiyyətindədir. Mən həmişə demişəm, yenə də deyirəm ki, bu adamlar ağıllarını itiriblər, hansı ideyaya xidmət edəcəklərini bilmirlər. Eldar Namazov öz məqsədinə çatmaq üçün ermənilərlə də əməkdaşlığa hazırdır".Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.

Eldar Namazovun ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak Forla Qarabağ məsələsini müzakirə etməsinə münasibət bildirən Ə.İbrahimov onu da qeyd edib ki, Minsk qrupunun səmərəsiz fəaliyyəti onsuz da göz qabağındadır: "İndi Minsk qrupunun fəaliyyətsiz olan həmsədri Jak For da bekarçılıqdan Eldar Namazovla görüşüb. Mən vaxtilə Qarabağda döyüşəndə Eldar Namazov papka daşıyırdı. Müxalifət öz eyiblərini örtmək, daxillərindəki eybəcərlikləri düzəltmək əvəzinə başlarından böyük işlərə baş qoşmağa cəhd edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə