"Azadlıq" qəzetinin həmişəki xasiyyətidir ki, lazımsız, önəmsiz, maraqsız bir mövzunu böyütsünlər, şişirtsinlər". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqan müşaviri Mustafa Hacıbəyli "Azadlıq" qəzetində Müsavatçı gəncin istefa verərək AXCP-yə üzv olması ilə bağlı geniş formada dərc edilən məqaləyə münasibət bildirərkən söyləyib.
Müstafa Hacıbəyli "Azadlıq" qəzetinin bu xasiyyətinə bələd olduğunu bildirərək, bu mövzuda danışmaq istəmədiyini söyləyib: "Ümumiyyətlə, onların bu hərəkəti, addımı ilə bağlı danışmaq fikrim yoxdur".
Qeyd edək ki, müsavatçı gəncin partiya sıralarından istefa verərək Cəbhə sıralarına keçməsi "Azadlıq" qəzetində Müsavat Partiyası üzərində qələbə kimi təqdim olunub.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB