Əli Əliyev: “Eldəniz Quliyev tərbiyəsizliyinə görə məhkəmədə cavab verəcək”
"Tezliklə məhkəməyə müraciət edəcəyik. Onun bütün tərbiyəsizliyi ilə bağlı ərizə hazırlanır və yaxın günlərdə məhkəməyə təqdim olunacaq". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) Əli Əliyev "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevin "Mən özüm üçün qərarlaşdırmışdım ki, Əli Əliyevin və yanında saxladığı itin-küçüyün səviyyəsinə enmək doğru deyil" cümləsinə münasibət bildirərkən söyləyib.
Əli Əliyev həmçinin, qeyd edib ki, Eldəniz Quliyev Azərbaycan üçün, dövlətçilik üçün təhlükədir: "Onun kimi təhlükəli bir insana qarşı susmaq olmaz. Buna görə də ona qarşı lazım olan hər şeyi edəcəyik. Bu hərifə qarşı nə ediriksə düz edirik".
Xatıqladaq ki, Eldəniz Quliyevlə Əli Əliyev arasında son günlər qarşılıqlı ittihamlar kəskin şəkildə davam edir.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB