"Müsavat Partiyasını tərk edən Teymur Məmmədli haqqında maraqlandım və məlum oldu ki, çox passiv birisi olub. Həmçinin, onun təmsil olunduğum partiyanı tərk edib digər bir partiyaya keçməsi bizim üçün heç də üzücü olmadı". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Müsavat Partiyasının Milli Şuranı tərk etmək qərarına etiraz olaraq təşkilat sıralarından istefa verən Teymur Məmmədli haqqında danışarkən söyləyib.
Tural Abbaslı Teymur Məmmədlinin "Sadəcə olaraq öz təməl prinsiplərinə sadiq olmayan təşkilatda qalmaqda istəmirəm" fikrinə də münasibət bildirərək qeyd edib ki, o, dediyi bu cümlənində mənasını başa düşmür: "Mən əminəm ki, o, nə danışdığını bilmir. Bu cümləsinin də mənasını anlamır".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB