Tahir Kərimli: “Ənənəvi müxalifət getdikcə sosial bazasını itirdiyinə görə Eldar Namazov irəli atılıb”
"Eldar Namazov özünü müxalifətçi hesab etsə belə yalnız öz adından danışa bilər". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli "El" Hərəkatı sədrinin son günlər xarici ölkə sfirləri ilə Azərbaycan müxalifət adından danışmasına münasibətini açıqlayarkən dedi.
Onun müxalifət adından danışmağa səlahiyyətinin olmadığını bildirən Tahir Kərimli eyni zamanda bildirdi ki, "El" Hərəkat kimi elan olunub: "Siyasi partiya olmadığı üçün də müxalifətdə olan siyasi partiyalar adından danışa bilməz. Eldar Namazov heç vaxt klassik müxalifətçilik hərəkatının tərəfdarı olmayıb. Yalnız prezident seçkilərində bir individ kimi müxalif fikirlər səsləndirib. Hansısa səfir və ya nümayəndə Eldar Namazovu "ana müxalifətçi" kimi qəbul edirsə, bu, özü də bir nöqsandır. Sadəcə ənənəvi müxalifət getdikcə sosial bazasını itirdiyinə görə Eldar Namazov irəli atılıb".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB