Niyaməddin Orduxanlı: “Əli Kərimli Namazovu Milli Şuradan istefa verəndən sonra sosial şəbəkələrdə təhqir etdirdi”
"Eldar Namazov kiminlə görüşüb, g[rüşməməsi öz işidir. Bu adam yalnız öz adından danışa bilər". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı "El" Hərəkatının sədri Eldar Namazovun xarici ölkə səfirləri və diplomatları ilə görüşündə özünü Azərbaycan müxalifətinin aparıcı siması kimi təqdim etməsinə münasibətini bildirərkən dedi. BAXCP rəsmisi bildirib ki, Eldar Namazov uzun illər müxalifətdə olmasına rəğmən, hələ də öz yerini tapa bilməyib: "15 ildən artıqdır müxalifətçilik edir, indiyə qədər özünə normal bir partiya da qura bilməyib. Eldar Namazov ictimaiyyət arasında böyük nüfuz sahibi deyil ki, o durub ümümillikdə müxalifətin adından danışa bilsin".
"ABŞ səfiri ilə deyil, istəyir CAR səfiri ilə görüşsün" - deyə bildirən Niyaməddin Orduxanlı qeyd etdi ki, bunun heç bir əhəmiyyəti yoxdur: "Radikal müxalifət arasında belə Eldar Namazova inam yoxdur. Əli Kərimli Namazovu Milli Şuradan istefa verəndən sonra sosial şəbəkələrdə təhqir etdirdi".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB