"Bildiyiniz kimi Azərbaycanda qrant layihələrinin ayrılması ilə bağlı milli donor institutları yaradılıb və çox yüksək şəkildə fəaliyyət göstərir. İstər Gənclər və İdman Nazirliyi, istər Prezident yanında Gənclər Fondu, istər Prezident yanında Qeyri-Hökumət təşkilatlarının Dövlət Dəstəyi Şurası, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm gənclər təşkilatlarına, həm də qeyri-hökumət təşkilatlarına ayrı-ayrı layihələr vasitəsi ilə qrantlar ayırırlar. Həmin qrantlar isə dövlət büdcəsində ayrılan pullardır". Bu fikirləri SİA-ya açıqlamasında Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Azərbaycanda gənclər təşkilatına göstərilən diqqət və qayğıdan danışarkən deyib.
Onun sözlərinə görə, həmin vəsaitlər xalqın, dövlətin və dövlətçiliyin mənafeyini müdafiə edən layihələr üçün nəzərdə tutub: "Gənclər hər zaman öz seçimlərini lazım olan qaydada edirlər. Kimin yanında və nə üçün olduqlarını özləri müstəqil şəkildə qərar verməlidirlər. Düşünürəm ki, istənilən sağlam düşüncəli Azərbaycan gənci bu sualı özünə verərkən dövlətimizin müstəqilliyinin keşiyində durmaq yolu tutmalı, Prezident İlham Əliyevin siyasi xəttini dəstəkləməlidirlər. Çünki sadaladığım nüanslar Azərbaycanın sağlam gəncliyinə güvənən və ölkəmizin böyük gələcəyinə indeksləşmiş bir yoldur. Uzun müddət gənclərlə çalışan biri olaraq əminliklə deyə bilərəm ki, bundan sonrakı müddət ərzində Azərbaycan gəncliyi dövlətçiliyimizə olan sədaqətlərini lazımı tərzdə nümayiş etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB